Erməni ordusu hər gün bədbəxt hadisələr, intiharlar və qətliamlarla sarsılır.
Bu barədə erməni mətbuatı yazıb.
2 -ci Qarabağ müharibəsindən sonra Ermənistan Müdafiə Nazirliyi, demək olar ki, hər gün yeni ölən hərbçilər haqqında elanlar verir. Bu əsgərlər öz orduya nəzarətin itirilməsi və özbaşınalıq səbəbiylə ölürlər.
Erməni mətbuatının yazdığına görə, ermənilərin Sünik adlandırdıqları Zangəzurdakı hərbi hissələrindən birində gecə saatlarında güllə yarası alan üç əsgərin cəsədi tapılıb: Murad Muradyan, Levon Harutyunyan və Qor Saakyan.
Onların 19 yaşları olub.
News.am-ın yazdığına görə Ermənistanda valideynlər uşaqlarını orduya göndərmək istəməmələri şəraiti yaradılır.
Bunu Ermənistanın ilk ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan avqustun 23 -də jurnalistlərlə görüşündə bildirib.
O qeyd edib ki, əvvəlcə valideynlərə uşaqların Qarabağa xidmətə getməyəcəklərini söyləyirdilər, amma indi söhbət orduda elə bir atmosfer yaratmaqdan gedir ki, valideynlər uşaqlarını orduya göndərmək istəməsinlər.
«2018 -ci ildən əvvəl orduda dəhşətli hadisələr olanda haqlı olaraq səsini qaldıran təşkilatlar haradadırlar?» — deyə hüquq müdafiəçisi soruşub.
Əli Nəsib Zərdabi
