Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.
Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları — 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.
Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.
Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.
Xatırladaq ki, Ermənistan tankçıları «Tank biatlonu» müsabiqəsinə qatılmayıblar. Yəqin ki, düşmənin bu yarışda sürməyə tankları qalmayıb…
