Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovun 56 yaşı tamam oldu.
AVMVİB üzvlərinin Mingəçevir şəhərində təşkilatlanmasında, şöbənin normal fəaliyyət göstərməsinin təmin edilməsində Natiq Həsənovun xidmətləri var.

Müharibə veteranı Natiq Həsənovu ad günü münasibətiylə təbrik edir, uzun ömür, can sağlığı və azad edilmiş torpaqlarımızda xoş günlər keçirməsini arzu edirik.
İnanırıq ki, bundan sonra da daha böyük enerji ilə ümumveteran işimizə öz töhfələrini verəcəkdir.
Bütün gözəlliklər sənin olsun və 100 yaşa!
AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ KOLLEKTİVİ
Bu xəbəri paylaşın:






