POLKOVNİKƏ TƏBRİK VAR: Bəxtiyar Abdullayev — 63

    AVMVİB rəhbərliyi və Fədai kolektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan polkovnik Bəxtiyar Abdullayevi doğum günü munasbətilə təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun olaraq həyata keçsin. Amin!

     Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik Abdullayev Bəxtiyar Fetah oğlu 28 avqust  1958-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olub.

     O, 1965-1975-ci ilərdə Ağsu rayonunun Dilman və Kalva kənd orta məktəbələrində  orta təhsilini başa vurmuşdur. Polkovnik Bəxtıyar Abdullayev 1975-ci ildə Bakı Mədəni Maarif Texnikomuna daxil olmuş,  1977-ci ildə  həmin Texnikomu,1980- ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni Maarif fakultəsinə daxil olub, 1985-ci ildə həmin İnstitutu bitirib.

     Polkovnik Bəxtıyar Abdullayev 1978-1980-ci illərdə Arxangelsk vilayətinin Şenkursk şəhərində Havadan Müdafiə Qoşunlarında müdddətli həqqi hərbi xidmətdə rabitəci  vəzifəsində olub.

     O, 1980-1991-ci illərdə Daxili İşlər Nazirliyinin Yanğından mühafizə idarəsinin 5 nömrəli yanğından mühafizə dəstəsində siyasi şöbənin təlimatcısı, dəstə rəisinin müavini,  1992-ci ildən 2012-ci ilin son ayına kimi Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının Baş İdarəsinin  hərbi hissələrində hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, Agdam rayonunda yerləşən hərbi hissənin komandiri, DQBİ-nin Mətubat xidmətinin rəisi  və hərbi əməkdaşlıq şöbəsinin rəisi vəzifələrində xidmət edib.

      Bəxtiyar Abdullayev erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatları zamanı dəfələrlə döyüş tapşırıqlarını yerinə yetirmiş,özünü bir komandir kimi doğrultmuşdur. Belə ki, 25 iyun 1992-ci  tarixdə Əliağalı kəndində gedən döyüşlərdə onun başçılıq etdiyi şəxsi heyət düşmənin qarşısından  geri cəkilməmiş, xeyli davam edən döyüşdən sonra düşmən geri oturdulmuşdur.

     Polkovnik B. Abdullayev,Ağdam rayonunun onlarla yaşayış məntəqəsinin düşmən hücumundan müdafiəsi üzrə əməliyyatlarda  yaxından iştirak etmişdir. O, 16 iyun 1993 -ci ildə Ağdam rayonunun Əlimədətli yaşayış məntəqəsinin düşmən hücumundan müdafiəsi zamanı ağır yaralanmışdır.

    O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində, silahlı dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizdə,ictimai təhlükəsizliyin təmin edilməsində, Dövlətin ərazi bütövlüyünün  təmin edilməsində, Döyuş və xüsusi əməliyyatlar zamanı igidlik göstərdiyinə,öz vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə,

Azərbaycan Respublikası Prezidentinin  30 iyun 2002-ci il tarixli sərəncamı ilə sərəncamı ilə ehtiyyatda olan polkovnik Abdullayev Bəxtiyar Fetdah oğlu  «Vətən uğrunda»  medalı ilə təltif olunub.

       Bəxtiyar Abdullayev Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, Daxili Qoşunların Bas İdarəsinin Mətbuat xidməti və Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi üzrə əsasnamənin   tələblərinə və vəzifə borcuna əməl  etməkdə tabeliyindəkilər ucun nümnə olmuşdur.

    O,humanistliyi və səmərəliliyi ilə secilən ən məhsuldar dövrünün 34 ildən cox şərəfli xidmət yolunun  on dörd ilini   Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində, iyrimi ilini isə Daxili Qoşunlarda   keçirərək, Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

      Bəxtiyar Abdullayev Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etdiyi illər ərzində O,səmərəli fəaliyyəti ilə, işgüzar və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə üzərinə düsən vəzifələrin və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     Müharibə və Silahlı qüvvələr veteranı ehtiyyatda olan polkovnik  Bəxtiyar Abdullayev  Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş  İdarəsinin Şöbə və xidmətlərinidə, hərbi hissə və bölmələində işlədiyi müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə o, Daxili İşlər  Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Din-in Baş Yanğından Mühafizə idarə rəisinin, xidmət etdiyi hərbi hissənin komandirinin müvafıq əmrləri ilə bir sira medallarla «əla xidmətlərə görə» döş və «yubley»nisanları ilə,fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan olunub.

     Bəxtiyar Abdullayev DQBİ-nin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Nümayəndə heyətinin tərkibində Ankarada, İstanbulda, Moskvada və Brüsseldə işgüzar səfərdə olub.

AD GÜNÜNÜZ MÜBARƏK OLSUN!

BU YENİ YAŞINIZDA ÖMRÜNÜZÜN ƏN GÖZƏL VƏ XOŞ GÜNLƏRİNİ  YAŞAYASINIZ!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: