Daha bir veteranımız koronavirusdan vəfat etdi

Daha bir veteranımızın koronovirusdan vəfat etdi.


“Avropa Nəşr Mətbuat Evi” –nin rəhbəri, Əlyazmalar İnstitutunun elmi işçisi, Vətən Müharibəsi veteranı, jurnalist və yazıçı, Qarabağ haqqında çox saylı kitabkların müəllifi Şöhrət Səlimbəyli də koronovirusdan (COVİD 19) dünyasını dəyişib.

Şöhrət Səlimbəyli ömrünü Vətənə həsr edən ziyalılarımızdan idi. Bu gün dünyamızı tərk edən bu vətənpərvər insanın evi də yoxdur. Azərbaycan jurnalistikasında özünəməxsus imzası olan Şöhrət Səlimbəylinin iki övladı qalıb.

AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi AVMVİB üzvü Şöhrət Səlimbəylinin vəfatı ilə bağlı mərhumun qardaşları Siyasət, Əlövsət və Şaiq Səlimovlara, yaxınlarına vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: