AVMVİB Tovuz rayon şöbəsinin üzvüləri Milli Qəhrəmanı ziyarət edibər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tovuz rayon şöbəsinin üzvüləri və dəyərli qonaqlar Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin uyuduğu məzarı və oxudugu orta məktəbi ziyarət ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev məlumat verib.

Bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayev, Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Tovuz rayonunun Əlibəyli kənd qəbristanlğında dəfn edilib və rayonun Hacallı kənd orta məktəbi onun adını daşıyır.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: