Fars şovinizminin Əfqanıstan olaylarına münasibətlərdəki yeri

Paniranizim düşüncəsi ortaya çıxdığından bəri heç bir zaman İran gündəmindən tamamən silinmədi. Pəhləvi zamanında otaya çıxan bu düşüncə İslam İnqilabıyla təkcə geyimini dəyişdi və Fars Milliyətçiliyinə bir də Şiəçiliyi əlavə etdi.


İslam Cumhuriyyəti 1357-ci ildə İslam dini və Şiə məzhəbini əsas alaraq siyasi rejimi dəyişdirsə də heç bir zaman Fars Milliyyətçiliyindən vaz keçilmədi. Bu düşüncə özəlliklə Türklər və Ərəblərə qarşı hər zaman daha kəskin bir şəkildə öz gücünü qorudu. İranda millətin ümumi narazılığı artdıqcan sekulyar görüntülü Fars Milliyyətçiliyinin bir vəzifəsi də muxalifəti məhv etmək oldu. Belə ki, özəlliklə xaricdə yaşayan muxaliflərin İslam Cumhuriyyətinə qarşı çalışmaları hakimiyyətdən öncə, Fars Milliyyətçiləri tərəfindən hədəfə alındı. Bu çətənin istifadə etdiyi dilə diqqət edilincə hakimiyyətlə necə organik bir bağa sahib olduqarı da ortaya çıxır. Misal üçün Tehran hakimiyyəti, hətta İran qanunları çərçəvəsində haqlarını ən mədəni şəkildə istəyən Azərbaycan fəallarına “bölücü” və “Vətən xaini” kimi sözlərlə hucum edib onların əzilməsini qanuniləşdirir. Ancaq özünü İslami rejimin muxalifi kimi aparan Fars Milliyətçilər çox zaman hakimiyyətdən daha sərt Türk fəallarına hücum edirlər.


Təbriz və Ələhvazda olan etirazlara munasibətləri bu qrupun tutumunun açıq göstəricisidir.


Son illərdə Seyyid Cavad Təbatəbayinin ətrafında məşhur olan İranşəhri düşüncəsi bu işi daha cəsur və aydın bir şəkildə görməyə başlayıbdır. Belə ki, İranın özünün açıqlamaqda çətinlik çəkdiyi siyasətlərini belə İranşəhrilər rahatlıqla müdafiə edirlər. Misal üçün hazırda Tehran hakimiyyətinin hətta öz tərəfdarları içində belə bir Suriya siyasəti tam bir şəkildə dəstəklənmir və ciddi tənqidlərə məruz qalır. Ancaq İranşəhri düşüncəsinə mənsub olanlar İran və Fars milliyyətçiliyi adı altında bütün bölgəni qana bulayan Suriya siyasətini tam bir şəkildə dəstəkləyirlər. Üstəlik bunu bir sekulyar pərdə altında etdikləri üçün bu mövqeyi, İranın həm daxilində, həm də xaricində gücləndirirlər.

Quds briqadasının keçmiş başçısı Qasım Süleymaninin ölümündən sonra İranşəhrilərin hakimiyyətlə birgə onu qəhramanlaşdırmaları da bu tutumu açıq bir şəkildə göstərirdi.


Ancaq Əfqanistan məsələsi, Fars Milliyyətçiliyi və İranşəhri düşüncəsinin hakimiyyətin xidmətində olduğunu daha açıq ortaya çıxardı. Sözdə Əfqanistan və ayrıca Fars dillilərin yaşadığı ölkələrə iddiası olan İranşəhrilər günlərdir Taliban mövzusunda səssiz qalıblar. Dünyanı dərindən sarsıdan bu olaylar qarşısında sekulyar və üstəlik Fars Milliyyətçiliyi iddiasında olanlar öz dildaşları haqqında bircə söz belə danışmayıblar.


Ötən gün Tehran və Qumda mühacir əfqanistanlılar Talibana qarşı etiraz etdilər, ancaq çox iddiası olan bu İranşəhrilər yenə meydanda yoxuydular. Hətta normalda sosial şəbəkədə Türklərə qarşı səfərbər olanların belə indi səsləri çıxmırdı.

Taliban dəhşətini ört bastır edən və Tehran hakimiyyəti ilə əli bir kasada olan İranşəhri düşüncəsinə mənsub olanlar əslində necə mədəniyyətə qarşı olduqlarını bir daha göstərdilər.


Mövzu Türk düşmənliyi olunca sosial mediada gecə-gündüz yazıb pozanlar bu gün Taliban barbarlığıi qarşısında tək bir cümlə də işlətmirlər. Qarabağ savaşında var gücləriylə işğalçı Ermənistanın yanında olan Fars Milliyətçiləri bu günlərdə öz dildaşlarını Taliban qarşısında yanlız qoyub, hakimiyyətlə işbirliklərini bir daha ortaya qoydular.


Mənbə: an.T Live

Bu xəbəri paylaşın: