TƏBRİK: ZÖHRAB SƏFƏROV -73

  AVMVİB rəhbərliyi, Fədai.az.kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan polkovnik leytenant Səfərov Zöhrab Tahir oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

         Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

         Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik leytenant Səfərov Zöhrab Tahir oğlu  30 avqust 1948-ci ildə Qərbi Azərbaycanın Mehri rayonunda    anadan olub.

         O, 1955-ci ildə birinci sinifə getmiş, 1965 -ci ildə orta məktəbi bitirdikdən sonra o,1966-cı ildə Kirov adına Dövlət Ünverstetinə (Bakı Dölət Ünverstetinə) daxil olmuş ,1973 -cü ildə həmin Universiteti bitirmişdir

         Zöhrab Səfərov 1973- 1974 ci ilərdə SSRİ Müdafiəyə Nazirliyinin Zakafkaz Dairəsində(okrukunda) yerləşən hərbi hissələrinin birində müdddətli həqqi hərbi xidmətdə olmuşdur. O,1975-2003-cü illərdə Daxili İşlər Nazirliyinin Cəzaçəkmə müəssisəsində dəstə rəisi,Cəzaçəkmə müəssisə rəisinin tərbiyəvi işlər üzrə müavini, Din -in Daxili Qoşunların Bas İdarəsinin Konvoy-Mühafizə alayinda,alay komandirinin arxa(arxa cəbhə) xidmət üzrə müavini, Konvoy-Mühafizə alayın komandiri,Daxili Qoşunların Bas İdarəsinin Ərzaq şöbəsində  qoşunların yardımçı təsərrüfat rəisi,Daxili Qoşunların Baş idarəsinin Xəzər, Hacıqabul və Quba rayonlarında  yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin arxa xidmət (arxa cəbhə )üzrə müavini vəzifələrində xidmət edib

         Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik- leytenant Zöhrab Şəfərov hərbi hissə komandirinin arxa xidmət (arxa cəbhə) üzrə  müavini vəzifəsində xidmət  etdiyi illər ərzində:tabeliyində olan xidmətlər üzrə hərbi hissənin bölmələrinin maddi təminatına;maddi vasitələrin bütün növlərinin gətirilməsinə və şəxsi heyətə vaxtında çatdırılmasına, kazarma-yaşayış fondunun, silah və texnikanın qorunub saxlanılmasına, parkların və yeməkxanaların vəziyyəttinə və orda xidmətin təşkilinə cavadeh olduğu sahələrdə üzərinə düsən vəzifələrin,tapşırıqların  yerinə yetirilməsinə, biavəstə tabeliyində olan xidmətlərdə aşkar edilmiş nöqsanların  aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

         Ehtiyyatda olan polkovnik- leytenant Səfərov Zöhrab Tahir oğlu peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün   30 ildən  cox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Cəzaçəkmə müəssisəsində,Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində  müxtəlif vəzifələrdə keçirərək, Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir.

         Zöhrab Səfərov Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox komissiyaların, kompleks və məqsədli qurupların üzvü və rəhbəri kimi üzərinə düsən vəzifələrin, tapşırıqların yerinə yetirilməsinə  məsuliyyətlə yanaşmışdır.

         O,Daxili  Qoşunlara, xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, Cinayətgarlığa qarşı mübarizədə,ictimai təhlükəsizliyin təmin edilməsində,ictimai asayişin  qorumasında, silahlı dəstələrin zərərsizləşdirilməsində  eləcədə xidmət etdiyi hərbi hərbi hissənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi illər ərzində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.

         Arxa xidmət üzrə (maddi texniki təminat xidmətləri üzrə) bilavasitə tabeliyində olan bölmərin və xidmətlərin şəxsi həyəti ilə , kiçik mütəxəssislər ilə, hərbi hissələrin  yardımçı təsərrüfat rəisləri ilə döyü və ictimai  hazırlığı (ixtisas hazırlığı ) üzrə məşğələlərin, məşqlərin  və nümnəvi köstərici məşğələlərin, bölüyün baş cavuşları ilə, taqım və böluk komandirləri ilə metodiki təlim-təlim kecirilməsi istqamətində  üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmış, məşğələlərin və metodiki təlim toplanışlarının keçrilməsi zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasını vaxtında təmin etmişdir.

         Ehtiyyatda olan polkovnik- leytenant Səfərov Zöhrab Tahir oğlu Xidməti vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin xidmət etdiyi hərbi hissənin komandirinin, işlədiyi Cəzaçəkmə müəsəsinin rəisinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə döş və yubley nisanları ilə, fəxri fərmanlarla, pul mükafatları ilə və qiymətli hədiyyələrlə mukaflandırlıb və ona təşəkkür elan edilib.

AD  GÜNÜN  MÜBARƏK  OLSUN, ZÖHRAB  BƏY!

ALLAH  SƏNİ  BÜTÜN  ARZULARINA  ÇATDIRSIN!

ÖMRÜN  UZUN  OLSUN , 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: