I Zərkənd, Zod istiqamətində yanğın var

Kəlbəcər sərhəddi I Zərkənd, Zod istiqamətində hazırda yanğın var.

Avqustun 29-u axşam saatlarında Azərbaycan -Ermənistan sərhədində ermənilər tərəfindən qəsdən törədilən yanğın, küləyin əks istiqamətə əsməsi nəticəsində yönünü dəyişərək erməni kəndlərinə tərəf keçib.

Hal-hazırda ermənilərin otlaq sahələri yanır.

Öz qazdıqları quyuya düşən ermənilər bu yanğın hadisəsini də Azərbaycan əsgərinin üstünə atmaq istəyir.

MN məsələ ilə bağlı münasibət bildirib: «Ermənistan Ombudsmanının Azərbaycan əsgərləri tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması xəbəri yalan və böhtandır».


Azərbaycan Müdafiə Nazirliyi məlumatında belə deyilir.


Məlumatda qeyd olunur ki, bu, Ermənistan tərəfinin növbəti informasiya təxribatıdır.

Leyla Həsənova

Bu xəbəri paylaşın: