Bu günədək 3890 nəfər haqqında heç bir məlumat verilmir və onlar itkin sayılırlar.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.
Bildirilib ki, onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir: “Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır”.“Azərbaycanda erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanıb».
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Ermənistan indiyədək ikinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir.
«Azərbaycan Ombudsmanı olaraq əsir və girov düşmüş şəxslərin müdafiəsini, onların pozulmuş hüquqlarının bərpasını daim diqqətdə saxlayıram. Təkzibedilməz faktlar tədbirlərin görülməsini tələb edir”, — deyə Səbinə Əliyeva əlavə edib.
İtkin əsgərlərimizin ad və soyadlarını təqdimm edirik: Salamov Qorxmaz Bayram oğlu — Şəkinin Baş Göynük kəndi, Səfərli Xəqani İlqar oğlu — Bakı şəhəri Xətai rayonu, leytenant Vəlizadə İbrahim Səməd oğlu — Naxçıvan MR Şərur rayonu, Qədirli Elnur Rəcəb oğlu — İsmayıllı rayonu Diyallı kəndi, MAXE-əsgər Mehdiyev Asim Yaqub oğlu, Gizir İlqar İxtiyaroğlu — Goranboy rayonu Goranlı kəndi, Əsgər Feyzullayev Aydın Zakir oğlu sentyabrda — Bakı şəhəri Suraxanı rayonu.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında da qeyd olunub: «Bu gün (30 avqust) Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (İtkin düşmüş şəsxlər) Günüdür. İtkin düşmə, Azərbaycanda təxminən otuz ildir ki, minlərlə insanın qarşılaşdığı problemdir.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycandan 3890 nəfər (3171 hərbçi, 719 mülki şəxs) hələ də itkin düşmüş hesab olunur.
Ermənistan 1990-cı illərin əvvəllərindən etibarən azərbaycanlıların girov götürülməsi, uzun illər girovluqda saxlanılması, onlarla pis rəftar və qətlə yetirilməsi təcrübəsini həyata keçirmişdir. Girov götürülmənin beynəlxalq humanitar hüquqda açıq şəkildə qadağan edilməsinə baxmayaraq, 267 azərbaycanlı mülki şəxs (o cümlədən 29 uşaq; 98 qadın; 112 qoca) Ermənistan tərəfindən girov götürülmüş və indiyədək azad edilməmişdir. Bundan əlavə, 1102 azərbaycanlı (o cümlədən 224 uşaq; 357 qadın; 225 qoca) erməni girovluğundan azad edilmişdir. Ötən il baş vermiş müharibə nəticəsində 7 Azərbaycan hərbçisi hələ də itkindir.

Hazırda bir neçə işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı mövcuddur. Lakin ermənilər bu günədək bu məzarlarda vəhşicəsinə qətl edib basdırdıqları şəxslər haqqında da məlumat verməkdən qaçırlar. Bununla da Ermənistan 1949-cu il Cenevrə Konvensiyalarının və onların birinci əlavə protokolunun müharibə əsirlərinə və müharibə zamanı mülki şəxslərə münasibətə dair müvafiq müddəalarını ciddi şəkildə pozmuşdur. Bu gün həyasızcasına qanunsuz olaraq ölkəmizdə terror aktı törətmək istəyən terrorçuları Avropaya hərbi əsir kimi sırımağa çalışır.
Bu məsələni daim diqqətdə saxlamaq və beynəlxalq müstəvidə onların haqlarını düşmən ölkədən tələb etmək zamanıdır.
Əli Nəsib Zərdabi








