TƏBRİK: MÜRSƏLOV MURAD AĞA ÖĞLU — 73

     AVMVİB rəhbərliyi Fədai. az. kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan polkovnik- leytenant Mürsəlov Murad Ağa oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzulayır.

      Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin, Amin!

      Müharibə və Silahlı Qüvvələr Veteranı, ehtiyyatda olan polkovnik-leytenant Mürsəlov Murad Ağa oğlu 01 sentyabr 1948-ci ildə İsmayıllı rayonun  Həftəsov kəndində anadan olub.

       Mürsəlov Murad Ağa oğlu 1955- ci ildə İsmayıllı rayonun Həftəsov kəndində birinci sinifə getmiş, 1965-ci ildə həmin məktəbi bitirdikdən sonra 1965-ci ildə Türkmənistan Respublikasının Krasnovod şəhərində Neft emalı texnikomuna daxil olmuş, 1967-ci ildə  həmın texnikomu bitirmişdir.

     O,1967-1969 -cu ilərdə  Ural vilayətinin Kurqan şəhərində yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olmuşdur.

     Polkovnik- leytenant Murad Mürsəlov  1977-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Oryol şəhərində yerləşən gizirlər məktəbini, 1982-ci ildə isə SSRİ  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  LKCİ- nin 60 illiyi adına Leninqrad Ali hərbi məktəbini bitirmişdir.

      O,1969 — 1991ci illərdə SSRİ  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Tiflis və Baki şəhərində yerləşən Divizyaların Nizami, Qaradağ və Nərimanov rayonlarında yerləşən (Konvoy) Mühafızə  alayında bölüyün baş cavuşu, taqım və böluk komandiri,  Mühafizə taborunun qərargah rəisinin nəzarətci (kontralyor) xidməti üzrə   müavini, Mühafizə (Konvoy) taborunun qərargah rəisi vəzifəsində olmuşdur.

      1992 -2003-cü illərdə  Murad Mürsəlov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Quba rayonunda (Yalama qəsəbəsində), Gəncə şəhərində yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin müavini-qərargah rəisi, hərbi hissə komandirinin arxa xidmət (arxa cəbhə xidmətləri ) üzrə müavini,  Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı idarəsində baş zabit, Əməliyyat  və Döyüş hazırlığı İdarəsinin döyüş hazırlığı şöbə rəisinin müavini vəzifələrində xidmət etmişdir.

       Ehtiyyatda olan polkovnik- leytenant Mürsəlov Murad Ağa oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, Daxili Qoşunların Veteranları haqqında əsasnamənin  tələblərinə və vəzifə borcuna əməl etməkdə   tabeliyindəkilər  və veteranlar üçün nümunə olmuşdur.

    Müharibə və Silahlı qüvvələr Veteranı ehtiyyatda olan polkovnik- leytenant Murad Mürsəlov  36- ildən cox şərəfli xidməti yolunu  hərbi xidmətdə kecirərək, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     O,Daxili Qoşunlara, xidmət etdiyi idarə, şöbə , hərbi hissə və bölmələrə həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, cinayətgarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş ixtişaşların qarşısının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlar zamanı üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

      Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik- leytenant Mürsəlov Murad Ağa oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət edərkən, Daxili Qoşunların Bas İdarəsində Zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komandir hazırlığı məşğələlərin, hərbi hissə komandiri və onların müavinləri ilə hərbi hissələrin döyüş hazırlığı bölmələrinin rəisləri və zabitləri ilə, hərbi hissələrin idman və fiziki hazırlıq rəisləri ilə, böluk komandirləri ilə ilkin leytenant rütbəsi almış gənc zabitlərlə və hərbi hissələrin tədris  mərkəzinin (poliqon) rəisləri ilə metodiki təlim- toplanışlarının və nümnəvi məşğələlərin keçirilməsində üzərinə düşən tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     O, 1999-2001-ci illərdə Silahlı Qüvvələr və Hüqüq mühafizə orqanlarınin ( MN, DİN, ƏN, MTN, XDMX və DSX)  əməkdaları və hərbi qulluqçuları arasında kecirlən  «Atıclıq » üzrə idman yarışlarında 12 (on iki) komanda arasında yüksək nəticələr göstərərək  1-ci və  2-ci yerlərə layiq görülmüş Daxili İşlər Nazirliyinin yığma komandasının qələbəsinə öz layıqli tövhəsini vermişdir.

    Murad Mürsəlov 1998-ci ildə Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı idarəsində  baş zabit vəzifəsində olarkən, gənc əsgərlərin qəbulu,yerləşdirilməsi,  sıraya daxil edilməsi  və onların döyüş və ictimai sıyası hazırlığı ilə əlaqədar bir neçə dəfə Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissədə gənc əsğərlərin hazırlığı ilə əlaqədar  toplanışın rəisi olduğu müddətdə üzərinə düşən vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir.

     Polkovnik- leytenant Murad Mürsəlov Daxili Qoşunların Bas İdarəsindən ehtiyata buraxılandan sonra 2009-ci ildən- 2017-ci   ilın son ayına kimi Daxili Qoşunların Veteranlar şurasının sədri olduğu müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır. Hal hazirda o, Azərbaycan Respublikasının Baş Prokurorluğunun atıcılıq tirinin rəisi vəzifəsində işləyir.

      Mürsəlov Murad Ağa oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində, Xidmətdə fəriqləndiyinə görə O, SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirin  və onun müavinlərinin, Daxili Qoşunların komandanın və onun  müavinlərinin hərbi təhsil aldığı  məktəblərin rəislərinin,xidmət etdiyi Diviziyanın və hərbi hissənin komdirlərinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə döş və yubiley nisanları ilə, fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MURAD BƏY!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!..

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: