Ermənistan prezidenti «itkin» düşüb, nə əcəb ermənilər bu işdə də bizi günahlandırmırlar?

“Ermənistan prezidenti Armen Sarkisyanın 9 avqust 2021 -ci ildə tətilə getdiyini açıqlayıb. 22 gün keçib, amma xaricdə istirahət edən respublika prezidenti hələ də ondan xəbər yoxdur, Ermənistana qayıtmayıb”.


Bu barədə Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Qazaryan öz Facebook səhifəsində xəbər paylaşıb. O bildirib ki, “Bu müddət ərzində onun adından fərmanlar, təbriklər və başsağlığı verilib, ancaq fiziki olaraq iştirak etdiyi görüşlər qeydə alınmayıb».


“Xarici səyahətləri sevən respublika prezidenti hələ də Ermənistanda özünü rahat hiss etmir”, – deyən Edqar Kazaryanın yazdığına görə, Armen Sarkisyan bu ölkədən “qaçmaq” və geri dönməmək üçün daim bir fürsət axtarır”.


Xatırladaq ki, Ermənistanın «portfelsiz» prezidenti Armen Sarkisyanın Ermənistan Respublikası vətəndaşı deyil. İngiltərə vətəndaşı olan ermənilərin prezidentini hələlik «gördüm» deyən yoxdu.


Görəsən, bütün ermənilərin prezidenti Armen Sarkisyan «bütün ermənilərin anası» Qardaşyangilə getməyib ki?!


Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: