UNUTMAYAQ…YAD EDƏK !

Şəkildə gördüyünüz şəxs Güney Azərbaycanlı Ruhulla Dadaş Nicatdır.

Birinci Qarabağ savaşında o, erməni işğalına biganə qalmayaraq gizli şəkildə Araz çayını keçir, vətəni Azərbaycan uğrunda döyüşlərə qatılır və yalnız atəşkəs sazişi imzalandıqdan sonra geri dönür.

Lakin geri döndükdən sonra, Qarabağ savaşlarında iştirak etməsi səbəbi ilə İranda həbs edilir, təzyiq və təqiblərə məruz qalır.

Qəhrəmanımız 2018-ci ilin dekabrında vəfat edir və 2019-cu ilin yanvarında gizli şəkildə dəfn edilir.

Allah rəhmət eləsin, ruhu şad olsun!

Leyla Həsənova

Bu xəbəri paylaşın: