TÜRK MİFOLOJİ QƏHRƏMANI QESER (ƏSƏR) XAN…

Bu məqalədə, demək olar ki, bütün dinlərin, inancların və əfsanələrin haqlarında istisnasız danışdıqları Məsihin, Riqden Cappo, Cəbrayıl, İmam Mehdi, Kalki Avatar, Maşiax, Maytreya obrazlarının mahiyyətcə vahid və çoxşaxəli cəhətlərini sizlərə təqdim edirik. Bu adların Bir olan — Müqəddəs Ruhun adı olduğuna dair cəsarətli fikri davam etdiririk. O kimdir? Bəşəriyyət həyatında hansı rolu oynayır? Və nə vaxt gəlir?

Bu barədə xalqların dastan və əfsanələrindən danışacağıq: Buryatlar, Monqollar, Qazaxlar, Altay və Tibet xalqları, eləcə də əsrlər boyu itirilməmiş gizli biliklərin qalıntıları. Qeser xan, Abay-Qeser və ya Burhan-Bator haqqında danışaq. Və «Qeser» qəhrəmanlıq dastanı bu sirli Şəxs haqqında əsas məlumatları verir.

«Qeser» dastanı Buryat xalqının mənəvi mədəniyyətinin bənzərsiz bir abidəsidir. Bu günə qədər digər Orta Asiya xalqları bunu özlərininki hesab edirlər («Orta Asiyanın İliadası»): Tibetlilər, Tuvalılar, Monqollar, Alataylılar, Şimali Tibet Uyğurları.

Qeser — müəyyən dərəcədə Qeser xan, Burxan Bator, Tanrının Qəhrəmanı adlanan bir cəmiyyət simvoludur. Monqol xalqlarının və Tibet xalqlarının mifologiyasında, Orta Asiya xalqlarının Qeser haqqında dastanının süjetləri fərqli variantlarında olsa da, dövrümüzə qədər gəlib çatmışdır: bəzi xalqlarda nəsr, digərlərində şeir, müxtəlif sənət üsulları və xüsusiyyətləri tətbiq olunmaqla saxlanılır, ancaq bu əsərlərdə Səma Oğlu Qeserin Tanrısal obrazı dəyişməz olaraq qalır.

Dastanın üç variantı var: Buryat, Monqol və Tibet(Uyğur). Əfsanənin ilk qeydləri və mətnin müxtəlif şifahi variantları Tibetdə XI-XII əsrlərdə bir araya gətirildi. Tarixçilər tərəfindən irəli sürülən ən cəsarətli versiya «Qeser» dastanının keçmiş SSRİ dövlətləri ərazisindəki bütün digər dastanlardan daha yaşlı olan variantın 1200 il yaşı var.

Qeser, Uca Tanrı sayılan Tenqrinin (başqa bir adı Xormust Tenqri, Ormuzd, farslar Hörmüz adını buradan oğurlayıblar — X.Ə.) böyük oğludur və ya da deyildiyi kimi Sonsuz Əbədi səmadır. Qeser (buryatlarda ikinci bir adı da var — Burxan-Bator, yəni Səma Bahaduru anlamında) çıxış yolu olmadıqda, bəşəriyyət səhv inkişaf yolunda olduqda, dünyadakı qayda-qanunu bərpa etmək lazım gələndə Yerə göndərilir.

Onun haqqında yaxşılıqlar etmək üçün insana çevrilərək Yer üzünə enmiş bir göy oğlu kimi danışırlar. Yeri gəlmişkən, Tengrinin dastanda üç oğlu var. Altayda bunlar Üç-Kurbustan, üçlük (триедин) Tanrı adlanırlar (Xristianlıqdakı Ata, Oğul və Müqəddəs Ruh- X.Ə.), hər üçü birdir, cənnətin ən yüksək qatında otururlar. Qeser xan, Burxan Bator, Tanrı Bogatur. Monqol xalqlarının və Tibet xalqlarının mifologiyasında belə yazılıb.

Mövzudan bir az uzaqlaşaq. Aşağıdakı iki fotoşəkildə xüsusi bir yer olan «dairə və aypara» işarəsi olan bir xarakterik xüsusiyyət var. Məlum oldu ki, bu işarə Altaylılar, Buryatlar, Monqollar, Qazaxlar və Tibetlilər tərəfindən çox hörmətlidir. İnternetdə bu işarə ilə çox sayda kolleksiya tapdıq, bu da ayrı bir analitik məqalənin mövzusudur.

Bundan əlavə, bunun vacib olduğunu, min illiklər tarixi olan və indi AllatRa adlandırılan Rigden Capponun gətirdiyi orijinal elmin gəldiyini bildirən sirli, qədim işarə olduğunu qeyd etdik.

Monqollar və Tibet xalqları arasında Qeseri (və ya Abay Qeser, Qeser Xan, Azərbaycanda Əsər (Azər) Xan-X.Ə.) Yer üzündə doğulmuş səmavi elçi, seçilmiş bir padşah (Məsihə eyni) Göy Oğlu adlanırdı və Yeri şeytanlardan — cinlərdən təmizləyəndır.

O, eyni zamanda göydən enmiş və ya səmavi «kosmik yumurta»dan çıxan ilk şəxs kimi dəyəndirilir. Başqa bir Tibet versiyayasına görə, Qeserin, səmavi hökmranlığın üç oğlundan biri olaraq hökmdarı (kral) olmayan Lin əyalətinə göndərildi. Lin şahzadələrindən birinin ailəsində çirkin, «əsəbi uşaq» olaraq doğuldu (Buryat dilində, Abay-Qeser «nyuhatay nyurqatay hubuun» kimi anadan olur, burada «nyuhatay» «əsəbi», «nyurqatay» isə «çəlimsiz» deməkdir. «Çəlimsiz monqollar» termini Çingiz xanın vaxtında ortaya çıxmış «Qədim Ari bahadırı Nirun»; Saxa-Yakutlarda «Nirun» sözünü «Nyurgün» kimi işlədirlər və «əlində nəhəng nizəsi olan nəhəng, qalın bir buz baltalı bahadır» deyirlər.

Yakut qəhrəmanlıq dastanının əsas personajlarından Cəsur Nurgün Bahutur adlandırılmışdır.

Bu vəziyyətdə Orta Asiyaya etdiyi ekspedisiyalarda Qeser xan və Monqolustan və Tibet xalqları arasında bu şəxsə olan sonsuz maraq haqqında çox eşitmiş alim, şərqşünas, mistik və səyyah N.K Rerixin əməyindən bəhs etmək heç də pis olmaz. Üstəlik, Şərqdə həqiqi bir şəxs olan Qeser xanın gəlişini gözləyirlər, xalqları pislikdən və haqsızlıqlardan azad edəcəyinə inanırlar. Bütün bunların mənasını başa düşən insanlar, onun gəlişinin əlamətlərini gördülər. Onun yeni təcəssümünün Şimali Şambalada baş verəcəyinə inanılırdı. Və inanırdılar ki, Qeser Xan ədaləti bərpa etmək üçün yenilməz bir ordu ilə gələcək.

Yuxarıda göstərilənlərin hamısına əlavə olaraq, Müqəddəs Kitabdan (sinoidal tərcümə) və Qeserlə bağlı dastanlar arasında tapdığımız müqayisəni diqqətinizə təqdim edirik. Bu araşdırmanın məqsədi birləşdirmək deyil, ayrımçılıqdır (yəni kimin mənbəyinin daha qədim və əhəmiyyətli olduğunu tapmaq). Buna baxmayaraq bu iki mənbə arasında ortaq bir şey tapmaq üçün insanların özləri tərəfindən araşdırmalar həyata keçirildi.

Fikrimizcə, bu xüsusiyyətlərdən bəziləri bunlardır:

Müqəddəs Kitabdan sitat:


— Şər qüvvələr Tanrıya üsyan etdilər. Xeyirxah qüvvələr pis qüvvələrə müqavimət göstərirdilər. Səmalarda müharibə.

İblisin və onun şər ordusunun məğlubiyyəti, onlar yerə düşdülər (Vəhy 12: 7-13). İblis (2 Korinflilərə 4: 4) bu dövrün “müvəqqəti tanrısı” adlanırdı.

«Qeser» dastanı:


— Xeyir Tanrısı şər bir tanrısı ilə vuruşdu. Xeyir şərə qarşı çıxır. Səmada müharibə. Şər tanrısına qalib gəldilər. (Birinci fəsil. Atay-Ulanın məğlubiyyəti).

İncil:


— Yer üzündə matəm (Vəhy 12: 9, 12 b). Yırtıcı heyvanlar şəklində bəzi canlılar pislik edirlər (Vəhy 13: 1-18; 19: 19-20).

«Qeser» dastanı:


— Yer üzündə matəm. Şər tanrısının parçaları yırtıcı heyvanlara çevrildi. Onlar İnsanlığa nifrət edirlər. Bu məkrli şər ruhlu yırtıcılar yer üzünə vəba göndərir, insanları məhv edirdilər.

Müqəddəs Kitab:


— Allahın Oğlu İsa könüllü olaraq insanlığı xilas etmək qərarına gəldi (Filipililərə 2: 5-11).

«Qeser» dastanı:


— Tanrının Oğlu Qeser insanlığa və şərdən əziyyət çəkənlərə könüllü olaraq kömək etmək qərarına gəldi.

Müqəddəs Kitab:


— Tanrının Oğlu İsa göyün sakini idi və göydən enmişdi (Yəhya 3:13; 6:38). Onun səmavi bir adı vardı (Yəhudilərə 1: 3-13; Filipplilərə 2: 9-11) və dünya yaranana qədər Ata Tanrıya olan məhəbbətinə görə səmavi biir zzətə sahibdir (Yəhya 17:24; 2:11).

«Qeser» dastanı:


— Tanrının Oğlu Qeser səmanın bir sakini idi və göydən enmişdi. (Birinci hissə Buche Beligtenin göydən yerə enməsi ilə əlaqədardır). Səmavi bir adı var (Bu ad həm səma adı, həm də Burxan-Bator və ya Tanrı Bahaduru kimi də başa düşülə bilər).

Müqəddəs Kitab:


— Tanrının Oğlu İsa, insan olaraq doğuldu (Romalılara 9: 5; Yəhya 1:14; 1 Yəhya 4: 2; 1 Timoteyə 2: 5; Filipplilərə 2: 7-8). İnsanların kədərlərini və istəklərini bilirdi (Yeşaya 53: 3; İbranilərə 4: 15).

«Qeser» dastanı:


— Tanrının Oğlu Qeser, yer üzündə bir insan kimi dünyaya gəlməyə qərar verdi. (Dastanda ikinci fəsil. İkinci bölmə).

Müqəddəs Kitab:


— İblisdən qalan bütpərəstlik. Cinlər bütlərin arxasında dayanıb (Vəhy 9: 20-21; 1 Korinflilərə 10: 19-22).

«Qeser» dastanı:


— Şərdən gələn bütpərəstlik. Bütlərin arxasında cinlər və pisliklər durur.

Müqəddəs Kitab:


— Tanrının Oğlu İsa ilə birlikdə böyük bir dəstə Tanrının ordusudur (Vəhy 19: 11-14; Mark 13: 26-27).

«Qeser» dastanı:


— Qeser şərlə mübarizə aparmaq üçün geniş bir heyət toplayır.

Müqəddəs Kitab:


— İsa padşahların Padşahı, Böyük Şahzadə, Allahın Atlı qəhrəmanı(Vəhy 17: 14; 19: 11-16; Yeşaya 9: 6).

«Qeser» dastanı:


— Qeser Qeysər, Çar, Şahzadə, Bahadurdur.

Müqəddəs Kitab:
— Xilaskar xalqına dirilik suyundan su verəcəkdir. Əbədi olaraq bəşəriyyətə, quşlara, heyvanlara və hər şeyə xeyir, sevinc, xoşbəxtlik və əmin-amanlıq verəcəkdir. Xilaskarın və xalqının, keçdiyi ölkə Tanrıdan xeyir-dua alacaq (İsaya 11: 6-10; Vəhy 7: 16-17; 21: 3-7; 22: 1-4; Luka 2: 25-52; İsaya 62: 7-12)

«Qeser» eposu:


Xoşbəxt zamanlar haqqında aşağıdakılar deyilir:

«Əbədi Manzan dənizi olan yerdə,

Əbədiyyət nəğməsi oxuyan okeanda

Çiçəklənən Morin Vadisində,

Hər daş xeyir-dua alıb,

Qüdrətləndikcə böyüyən,

Erkən dövlət cücərtisi,

Doğulduğum və böyüdüyüm torpaqda,

Su içdiyi çayın yanında,

Azadlığı müdafiə edən qəhrəman,

İnsanlara xoşbəxtlik gətirən,

Bəşər övladına sülh və bərəkət,

Qeser yaxşıların himayədarına çevrildi,

Əyləncədən zövq almaq üçün parlaq bir həyat keçirin …»

Aleksey Ulanovun «Qeser»ə ön sözündən.

Və nəhayət, düşünmək üçün daha bir məlumatı və bir məqamı da qeyd etmək istərdim. İnternetdə Quranın, 108-ci Surəsində belə sözlərin olduğu bir mövzuya rast gəldik.

Al Kausarı (Əl Kövsər kimi oxunur. “əl-Kovsər” surəsi ən kiçik surədir və cəmi 3 ayədən ibarətdir.-X.Ə.) Biz sənə verdik, Rəbbinizə dua edin …

Azərbaycan dilinə tərcümədə (Z. Bünyadov) belədir:


Bismillahir-rəhmanir-rəhim!

1 (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik!.. Buradan da görünür ki bizim tərcümədə yanlışlıq var.

Sonrakı ayələrdə deyilir:
2. Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!

3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)-X.Ə.

Bu surə belə başlayır və mənası dərindir. Ən maraqlısı budur ki, bu sözün mənası həmişə Quran təfsirçiləri arasında fikir ayrılıqlarına və mübahisələrə səbəb olmuşdur. Güman edilir ki, adın özü başqa cür tələffüz olunmur — Kever, Kausar — eyni zamanda «bolluq», «firavanlıq» mənalarında da izah olunur. Ancaq bu vəziyyətdə real olmayan bir şey, görünməyən başqa bir fikir var. Əl Qausarın Qeser adının bir ərəbcə tələffüzü olduğunu söyləyə bilərik və «Təkallahlıq Dininin müəllimi» deməkdir, o da Məsih Qeserdən özgəsi deyildir, yəni dünyaya gizli elmi gətirən Riqden Cappo deməkdir.

Bəlkə hər şey çox sadədir və Həqiqət birdir və hamımız, bütün insanlar, eyni şeyi fərqli dillərdə danışırıq?

P.S. Azərbaycan Türkün iki böyük peyğəmbərinin vətənidir. Bu dünyanı onlar bölmüş, bu dinləri onlar gətirmiş və dünyada mövcud olan biliklər onlara məxsusdur. Əsər (Asar, Eser, Azər, Çəminzəminlidə Üzeyir və s. adlarla anılır) və Ərəs (Ares, Araz, Aras, Eres, Ərəş və s.). Dünya toponomiyasında bu addakı hecalardan istifadə olunmuş, dünyanın mərkəzi kimi coğrafi paralellər işarətlənmişdir. Bütün bunlar barədə «Tarixin dili, dilin tarixi» adlı kitabımda ciddi araşdırmalar Avrosentrizmi alt-üst edir.

Eva Kim (Rusiya) və Roman Voskresniy (Ukrayna) birgə hazırladıqları elmi məqalədən istifadə edilmişdir.

Tərcümə və şərhlər X. Ədəboğluna məxsusdur…

Bu xəbəri paylaşın: