«Demişəm ki, müharibədə can qoymuşam, deməmişəm qaziyəm» — Poliklinikanın şüşəsini sındıran şəxs DANIŞDI

Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesində gərginlik yaşanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, sözügedən hadisə ötən gün axşam saat 18:40 radələrində baş verib. Məlumata görə, sıra gözləyən şəxslərdən biri poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, həmin şəxsin kimliyi məlum olub:

«Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun 90-cı illərin Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt onun 16 yaşı olub. Vətəndaşın törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır”.

«Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, — deyə DİN rəsmisi qeyd edib.

P.S. Qarabağda can qoyan oğlan «CCCP» yazılan faşist köynəyi geyməz…

Bu xəbəri paylaşın: