TƏBRİK: MEHTİYEV QƏHRƏMAN ƏLİ OĞLU — 61

     AVMVİB Rəhbərliyi və Fədai az. kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini  polkovnik Salman Musayev Müharibə və Silahll  Qüvvələr Veteranı, ehtiyyatda olan polkovnik- leytenant Mehtiyev Qəhraman Əli oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,  həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib -tükənməyən naliyyətlər arzulayır.

     Qoy  yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin, Amin!

    Ehtiyyatda olan polkovnik- leytenant  Mehtiyev Qəhraman Əli oğlu 02 sentyabr 1960-ci ildə anadan olub .O,1978 -ci ildə orta məktəbi,1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKCİ-nin 60 iliyi adına Sankt- Peterburq  (Leninqrad ) şəhərində yerləşən Ali hərbi siyasi məktəbini bitirib.

      O,1979 -1980 ci ilərdə SSRİ Daxili İslər Nazirliyinin Daxili Qoşunların Sankt-Peterburq (Leninqrad ) şəhərində yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olmuşdur.

      Mehtiyev Qəhraman Əli oğlu 1985- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Tiflis və Bakı şəhərində yerləşən Əməliyyat briqadasında, Mühafizə (Konvoy) alayında və Xüsusi Motorlaşdırılmış Milis alayında böluk komandirinin tərbiyəvi işlər üzrə müavini  və tərbiyə bölməsində təlimatçi vəzifəsində işləyib. O, 1992  — 2010- ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi və Nərimanov  rayonunlarında yerləşən hərbi hissələrdə təlimatci, tabor və alay  komandirnin tərbiyəvi işlər üzrə müavini,Füzuli rayonunda yerləşən  əlahiddə hərbi hissənin komandiri, DQBİ-nin tərbiyə şöbəsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı idarəsində  təlim-tədris mərkəzının (poliqon) rəisi, Döyüş Hazırlığı İdarəsində  Planlaşdırma  Metodiki vəsaitlərin və Nizamnamələrin hazırlanması bölməsinin rəisi, Əməliyyat və Döyüş hazırlığı İdarəsinin Döyüş Hazırlığı Şöbəsində isə baş zabit vəzifələrində xidmət etmişdir.

    Ehtiyyatda olan polkovnik leytenant Mehtiyev Qəhraman Əli oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı İdarəsinə və Daxili Qoşunların Baş İdarəsinin İnspeksiyasına  aid təlmatların və əsasnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşaraq Vətənə, Dövlətə, Xalqa  sədaqətlə xidmət etmişdir.

   Müharibə və Silahlı Qüvvələr Veteranı Qəhrəman Mehtiyev peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün 31 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə kecirib.

     O, 1999-2001-ci illərdə Silahlı Qüvvələr və Hüqüq mühafizə orqanlarının  ( MN, DİN, ƏN, MTN, XDMX, və DSX)  əməkdaları və hərbi qulluqçuları arasında kecirlən  «Atıclıq» üzrə idman yarışlarında 12 (on iki) komanda arasında yüksək nəticələr göstərərək  1-ci və  2-ci yerlərə layiq görülmüş Daxili İşlər Nazirliyinin yığma komandasının qələbəsinə öz layiqli tövhəsini verərək  Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanı tərəfindən mükafatlandırılmışdır.

    Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik — leytenant Qəhraman Mehtiyev SSRİ və Azərbaycan Respublikasının   Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına  və xidmət etdiyi  İdarəyə, hərbi hissəyə statusla həvalə edilmis vəzifələrin və tapşırıqların yerinə yetirilməsində, cinayətgarlığa qarşı mübarizədə,ictimai təhlükəsizliyin təmin edilməsində, ictimai  əsayişin  qorunmasında, yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşlsının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və xüsusi əməliyyatlar zamanı,  eləcədə 1986 -cı ildə Çernobol zonasında baş vermiş faciənin qarşısının alınmasında, üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

     O, Daxili Qoşunların Bas İdarəsinində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsinin Zabitləri ilə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçular ilə komandir hazırlığı üzrə məşğələlərin və məşqlərin keçirilməsində, hərbi hissə komandirlərinin və onların müavinləri ilə, hərbi hissələrin döyüş hazırlığı bölmələrinin rəisləri və zabitləri ilə, hərbi hissələrin idman və fiziki hazırlığı rəisləri ilə, böluk komandirləri ilə, ilkin leytenant rütbəsi  almış gənc zabitlərlə, hərbi hissələrin təlim- tədris  mərkəzinin (poliqon) rəisləri  ilə metodiki təlim-toplanışların və nümunəvi  göstərici məşğələlərin keçirilməsi istiqamətində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

   Polkovnik- leytenant Qəhrəman Mehtiyev  Daxili Qoşunların Bas İdarəsinində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Daxili  Qoşunların Bas İdarəsinin İdarə, şöbə  və xidmətlərində, hərbi hissə və Əlahiddə bölmələrində təftiş, yekun, inspeksiya  yoxlamaları eləcədə tədris müddətini başa vurmuş gizir və müddətdən

artıq xidmət edən hərbi qulluqçuların, çavuşların, kiçik mütəxəssislərin və gənc əsgərlərin buraxılış imtahan komisiyalarının, hərbi hissə və bölmələrdə isə  keçirilən kompleks və məqsədli qrupların üzvü olarkən o, öz vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

   O, Azərbaycan Respublikasının  Ağdam,  Füzuli və Qubadlı rayonlarının ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarında iştirak etmişdir.

    Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik- leytenant  Qəhrəman Mehtiyev Xidmətdə fəriqləndiyinə görə o, SSRİ Ali Soveti  və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın  və onun müavinlərinin, eləcədə təhsil aldıgı ali hərbi məktəb rəisinin , xidmət etdiyi Diviziya və hərbi  hissə komandirinin və onların müavinlərinin, Daxili Qoşunların Bas İdarəsinin Döyüş Hazırlığı İdarə və  İnispeksiya rəislərinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə döş və yubley nisanları ilə,  fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, QƏHRƏMAN BƏY!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Veten Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: