Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri şəhidlərimizi daim yad edir və onların xatirələrini əziz tuturlar.
Beyləqan rayonu Kəbirli kəndində 17 şəhidimiz var. Həmin kənddən olan şəhid Böyükağa Elburus oğlu Yusiflinin ad günü məzarı başında qeyd edilib. Şəhidin məzarı ziyarət edildikdən sonra müharibə veteranları şəhidin ailəsiə baş çəkiblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədr müavini Əlövsət Məmmədov məlumast verib.
Əlövsət Məmmədov bildirdi ki, şəhid Böyükağa Elburus oğlu Yusiflinin atasına AVMVİB sədri Füzuli Rzaquliyevin adından Fəxri fərman verilib. Çıxış edənlər şəhidin döyüş yolundan, ordumuzun Zəfər yürüşündən danışıblar.
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi və Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov iştirak edib.
Akif Həsənov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvlərinin şəhidlərimizi və onların ailələrini unutmamağa çalışdığını deyib. Bundan sonra da AVMVİB sədri F. Rzaquliyevin göstərişinə əsasən qazilərimizin və şəhid ailələrinin yanında olacağıq.

Şəhidin məzarı üzərinə güllər qoyulub və tədbir iştirakçıları şəhidin ruhuna dualar oxuyublar.
Mərasimdə müharibə veteranları ilə yanaşı, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Adın uca olsun, Şəhidim!
Elnur Səlim
