Vətəndən uzaqlarda yaşayan Polad İsrafil oğlu Ərəbovun ad günüdür.
Polad Ərəbovun atası müharibə veteranı, adını daşıdığı əmisi Polad Ərəbov isə qəhrəman şəhidlərimizdəndir.
Şəhid polis starşinası Polad Ərəbov əfsanəvi Ağdərə polislərindən olub. Onun adını layiqincə daşıyan, öz təhsili və ətrafındakı insanlarla ünsüyyəti ilə Polad Ərəbov da oxuduğu məktəbdə də, idman sahəsində də, yaşadığı ərazidə də Azərbaycan adını ləyaqətlə təmsil etməkdədir. Moskvada Polad adlı bir Azərbaycan və türk ünvanı var: Polad Ərəbov…
Ad günü münasibətiylə Polad bəyi təbrik edir, uzun ömür, cansağlığı və işıqlı gələcək arzulayırıq.
Bütün gözəlliklər sənin olsun və bu gözəlliklər içində 100 yaşa!
Fedai.az kollektivi, Səbinə, Türkay, Turan və Atilla təbriklərə qoşulurlar…






