27 avqustda keçirilən Hökumətin iclasından sonra Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirdi ki, Ermənistanda ümumilikdə 60 milyon dollarlıq yeni keyfiyyət və yeni standartlara malik yanacaqdoldurma məntəqələri ilə bağlı yeni bir investisiya proqramı mövcuddur.

Yerevan.today xəbər saytı bu barədə yazır. “Nazirin sözlərinə görə, investisiyalar Gürcüstan tərəfindən qoyulacaq. Düzdür, kimdən bəhs etdiyini və bu sərmayələri kimin edəcəyini açıqlamadı. Bir neçə müəssisəni iflasa uğratmış bir nazir yaxşı bilməlidir ki, bu qədər pulu Ermənistanda kiçik yanacaq bazarına yatırmaqla investor bu bazarı udacaq və inhisara çevriləcəkdir. Ancaq ən başlıcası, hansı şirkətin bu inhisarı qurmağa çalışmasıdır. Mətbuat bəzi faktları açıqlamağı bacarıb.
Xüsusilə, müxtəlif vaxtlarda Rusiya, İsveç və Gürcüstan vətəndaşı olan tanınmış iş adamı David Yakobaşvili Ermənistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi yaratmaq planının arxasında durur. Yakobashvili Gürcüstanın «Petrocas Energy Group» şirkətinin rəhbəridir və yük daşımaları ilə məşğuldur. Onun 60 milyon dollarlıq sərmayə vədi Ermənistan benzin və dizel yanacağı bazarını genişləndirmək və tamamilə udmaq cəhdi planlaşdırması anlamına gəlir.
Yakobaşvilinin şirkətinin belə bir imkana malik olduğuna dair ikinci fikir ola bilməz. Ancaq bu hələ ən pisi deyil. Yakobaşvilinin yanacaq bazarındakı ortağı Azərbaycanın neft şirkəti SOCAR -dır.
Yakobaşvilinin simasında SOCAR, təhlükəsizlik problemlərindən başqa, bütün siyasi və geosiyasi nəticələri ilə dolayı yolla Ermənistan yanacaq bazarına girmək istədiyinə dair əsaslı şübhələr var. Özü də bütün bunlar, istədiyimiz kimi, hökumətimizin köməyi ilə edilir və bütün bunları əvvəlcədən bildiyi halda, məlum olur ki, Kerobyan əslində Ermənistanda Azərbaycan-Türkiyə maraqlarına xidmət edir. Ancaq ola bilsin ki, onun bu işdə şəxsi maraqları var» — deyə sayt qeyd edir.
Tərcümə: Əli Nəsib Zərdabi
