İran Araz qırağına qoşun yığır.
SEPAH qüvvələri Culfa-Aslandüz sərhəddi boyunca hərbi təlim geçirəcək.
İran və erməni mediasının verdiyi xəbərə görə, İran Gorus-Qafan yolundakı gərginlikdən sonra Araz sahilində hərbi manevr etmək niyyətindədir.
Onu da xatırladaq ki, Qafan-Gorus magistral yolunda qalmış İran yük maşınlarının bir hissəsi alternativ marşrutu seçdilər, lakin orada da problemlər yaranıb. Bu da Ermənistanın Sünik vilayətində Qafan-Tatev-Şinuayr yolu yük maşınları üçün bloklanmasına səbəb olub..
Çünki bu yolun daşıma qabiliyyəti çox aşağıdır, faktı «Sputnik Ermənistan»ın müxbiri hadisə yerindən verdiyi məlumatla təsdiqləyib.
Həmçinin, Ermənistan alternativ yol adıyla İrandan aldığı pulları çoxdan göyə sovurduqları üzə çıxıb. İndi də alternativ yol üçün 1 milyard tələb olunduğu barədə informasiyalar efirə buraxılıb. Hətta erməni bicliyi ilə İranı tələsdirmək üçün AB-nin bu məqsədlə 500 milyon euro verməyə hazır olması barədə məlumatları da yayırlar.
Belə getsə, erməni qardaşlarının dərdi inqilaba hamilə olan İranı parçalayacaq…
Əli Nəsib Zərdabi

