Qarabağa soxulmuş 62 ermən diversantını əsir götürüb «Cücələrim» mahnısı oxutduran XTQ igidimiz: «92-ci ilin intiqamını aldım».
Xatırladaq ki, Qarabağ münaqişəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş şəxslər 4210 nəfərdir. Onlardan 3401-i hərbçi, 802-si mülki şəxsdir, 7 nəfərin isə hərbçi və ya mülki olduğu məlum deyil.
Dağlıq Qarabağda qanlı müharibələrin başladığı ilk günlər azərbaycanlı əsirləri Şuşa və Xankəndi həbsxanalarında saxlayan ermənilər Qırımızı Xaç və digər beynəlxalq təşkilatların gözlərindən onları gizlətmək üçün bir neçə əsas gizli məkan seçir. Onlardan biri Spitak şəhərində zəlzələ nəticəsində yararsız hala düşən binaların birində yaradılan gizli düşərgə (Ermənistan, ünvan; 306-cı məhəllə), digərləri Əsgəran rayonunda (Qarabağ) yerləşən bankın zirzəmisi, Şuşa həbsxanasının zirzəmisi idi. Girov götürülmüş qadınlar isə Xankəndidə uşaq bağçalarında saxlanılırdı.

1992 

2021
ABŞ-da siyasi sığınacaq alan keçmiş hərbçi Mesrop Martirosyanın bir neçə il öncə ABŞ məhkəməsinə verdiyi ifadələrdə qeyd olunurdu ki, Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsirlər saxlanır və onların sayı çoxdur, həmin əsirlərə işgəncə verildiyinin şahidi olub.
Bu gün terrorçular üçün hay-küy salan və hansısa konvensiyalardan dəm vuran erməni faşizmi bu günədək əsirlər haqqında heç bir məlumat verməyib.
Primetime saytının hazırladığı video materialı təqdim edir:
İl: 2021
İL: 1992 (Videonu Youtubedə izləyin)
