Rusiya parlamentinin aşağı palatasına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.
TASS-a bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.
O qeyd edib ki, hazırda protokolların 10%-i sayılıb.
İlkin nəticəyə görə, hakim Vahid Rusiya Partiyası 38 faiz səslə birinci yerdədir. İkinci yeri 21 faiz səslə Kommunist Partiyası, üçüncü yeri 9 faizlə səslə Liberal Demokrat Partiyası tutub. Seçkilərdə Azərbaycanın dostu Maksim Şevçenkonun üzv olduğu «Российской партии Свободы и Справедливости» partiyası 3,41%, Jirinovskinin RLDP — ı isə 0,41% səs toplayıblar.
Ədalətli Rusiya Partiyası və Yeni insanlar Partiyası da hələlik 5 faizlik baryeri aşıb.
“ИНСОМАР” Sosial Marketinq İnstitutunun apardığı “exit poll”un nəticələrinə görə, Dövlət Dumasına 4 partiya – “Yedinaya Rossiya” (səslərin 45,2 faizi), Rusiya Federasiyasının Kommunist Partiyası (21 faiz), Rusiya Liberal-Demokrat Partiyası (8,7 faiz) və M. Şevçenkonun üzv olduğu “Svobodı i Spravedlivaya Rossiya” Partiyası (7,9 faiz) keçib.

