Rəcəb Tayyib Ərdoğan Nyu Yorka səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək məqsədilə Nyu Yorka səfər edib.

«TC-TRK» təyyarəsi ilə Con Kennedi adına Beynəlxalq Hava Limanına enən R.T.Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin ABŞ-dakı səfiri Həsən Murad Mərcan qarşılayıb.

Dövlət başçısı ilə yanaşı, qardaş ölkənin digər rəsmi şəxsləri də Amerikaya gedib.

Bu xəbəri paylaşın: