Rusiyada Perm Dövlət Universitetinə silahlı basqın

Rusiyada Perm Dövlət Universitetinə silahlı basqın olub. Ölən və yaralananlar var.

Silahlı hücum təşkil edən 18 yaşlı Timur Bekmansurov güllələnərək ələ keçirilib. Həmin şəxsin vəfat etdiyi bildirilir.

5 tələbənin öldüyü və 14 nəfərin isə yaralandığı bildirilir.

Verilən məlumata görə Rusiyanın Perm Dövlət Universitetdə baş verən atəş nəticəsində tələbələrdən bəziləri özlərini pəncərədən atıblar. 

Silahlı şəxs universitetinin 8-ci korpusuna giriərək nizamsız şəkildə oradakılara atəş açıb. 

Universitet rəhbərliyi tələbələrə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Əgər Siz indiki məqamda Universitetdəsiniz və yaxud auditoriyadasınızsa, o zaman qapıları içəridən bağlayın və içəridə qalın”.

Bu xəbəri paylaşın: