Ərdoğan Quterreşlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüşüb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

New-Yorkda yeni açılan “Türk evi”nin binasında baş tutan görüş mətbuata qapalı keçirilib.

Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu və BMT 75 -ci Baş Assambleyasının sədri Volkan Bozkır da iştirak edib.

Bu xəbəri paylaşın: