Araik Xocalı ərazisində sement zavodu acdı…

Qarabağda Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejim sement və başqa tikinti materialları istehsal edəcək zavod açıb.

 Fedai.az Moderator.az-a istinadən xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə,  bu haqda separatçı-kriminal xuntanın başçısı sayılan Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb. 

Əyanilik üçün  bu əndrəbadi məxluqun müraciətinin tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq: “Əziz həmvətənlər! Artsaxda müasir bir sement zavodunun inşası proqramının investoru ilə 2020 -ci ilin sentyabrında bizə qarşı başlanan müharibəni müzakirə etdik. Müharibədən sonra sahibkar nəinki biznes ideyasından əl çəkmədi, həm də onu tam şəkildə həyata keçirdi. İnvestisiya proqramının dəyəri təxminən 2 milyon ABŞ dolları idi. Zavod sementdən başqa, digər tikinti materialları da istehsal edəcək. Əminəm ki, bu materiallar Artsaxdakı genişmiqyaslı tikinti işlərində geniş tətbiqini tapacaq»-   Araik belə yazıb. 

Amma sement zavodunun konkret hansı Azərbaycan məntəqəsi yaxınlığında tikilməsi barədə məlumat verilmir. 

Xatırladaq ki, Moderator.az hələ 2020-ci ilin iyulunda separatçıların Qarabada belə bir müəssisə tikmək qərarı verməsi haqda yazmışdı(bax://www.moderator.az/news/333472.html?fbclid=IwAR0XBYY1SoJqz5iQBfeVhgZZ6RvzoGNx3rfqi9qo3S-1aAyavm6qQs0czOg).

 Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, sözügedən sement zavodu Azərbaycanın keçmiş «Əsgəran rayonu» deməli, indiki Xocalı rayonu ərazisində tikilib…

Bu xəbəri paylaşın: