«Azərsu» ASC-nin Mətbuat Xidmətinin rəhbəri təltif olunub

«Azərsu» ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri fərmanı ilə təltif olunub.


44 günlük Vətən Müharibəsi dövründə «Azərsu» ASC Rəhbərliyi və əməkdaşları qalib ordumuza verdikləri maddi, həm də mənəvi dəstəklə fərqləniblər. Bu vətənpərvər və humanist addımların atılmasında «Azərsu» ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllının da xüsusi rolu olub. Daim bu sosial təbəqədən olan insanlara göstərdiyi diqqət və qayğıya görə, şəhid ailələri, qazilər və veteranlarla «Azərsu» ASC arasında sərbəst əlaqə yaratdlğına görə Anar Cəbrayıllı AVMVİB-nin Fəxri fərmanı ilə təltif edilib.


Fəxri fərmanı «Azərsu» ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov təqdim edib.


Təbrik edirik!


Elnur Səlim

Bu xəbəri paylaşın: