Separatizm mütəxəssisi, Ukraynanın hərbi cani elan etdiyi Kosobokov Qarabağdan qovulmalıdır

Rusiya sülhməramlıları Xocavənd rayonunda yerləşən Amaras monastırını ziyarət edən 100-ə yaxın zəvvarı müşayiət edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi həyasızcasına məlumat yayıb.

“Dünən Artsaxın Martuni bölgəsinin Maçkalaşen icması ərazisindəki Azərbaycan hərbçiləri irəliləyərək neytral zonada mövqe tutublar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn rus sülhməramlıları azərbaycanlılarla aparılan danışıqlardan sonra onları əvvəlki vəziyyətlərinə qaytarmağı bacarıblar. Ancaq Azərbaycan hərbçiləri şərt qoyublar: Amaras məbədində Artsax bayrağı endirilməlidir”.

Fedai.az Moderator.az-a istinadən xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri belə bir məlumat yayıb. Söhbət Azərbaycan Respublikasının Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı qədim xristian türk babalarımıza məxsus olmuş Amaras məbədindən gedir. Çar Rusiyası imperiyası dövründən həmin kəndə köçürülmüş ermənilər Amaras məbədini erməniləşdiriblər və nəticədə son 30 ildə həmin abidənin üzərinə separatçı-terrorçu rejimin əski parçasını asmağa adət ediblər. 10 noyabr üçtərəfli razılaşmasından bəri Cütçü kəndi kimi Amaras məbədi də müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı hərbi birləşməsinin nəzarətinə verilib. Lakin o gündən bəri Azərbaycan tərəfi bir neçə dəfə sözügedən monastır üzərindəki əski parçasını endirtməyə nail olsa da, separatçı erməni hərbçilər onu yenidən asıblar.

Cütçü kəndinin qanunsuz “icma rəhbəri” Lernik Avanesyan dünən Azərbaycan ordusu tərəfindən əski parçasının endirilməsi tələbinin irəli sürüldüyünü təsdiqləyib. O, eyni zamanda hadisə yerinə gəlmiş adı çəkilməyən rus generalının da erməni hərbçilərə üzdəniraq “bayrağı” endirməyi və yerinə Ermənistan bayrağını asmağı əmr etdiyini eşitdiyini söyləyib…

«Hələ oraya getməmişəm, bilmirəm, Azərbaycan hərbçiləri öz yerlərinə çəkiliblər, yoxsa yox. Amma rus generalın belə şeylər dediyini eşitdim» –deyə L. Avanesyan bildirib.

İndi isə bu ƏYRİMçə-Kosobokov görbagor Qarabağda Volskinin oyununu oynayır. Separatizm mütəxəssisi, separatizmi və regionda terrorizmi yaymağa görə general olmuş bu adam haqqında ciddi tədbirlərə əl atmağın vaxtıdır. Qarabağa Ermənistandan gələn bu «rus ayısı» Mişa (Mixail), hələ hansı ölkədə olduğunu qanmadığı ortadadır. Çünki görünən odur ki, Abxaziyadakı işğalçı 7-ci Rusiya hərbi bazasının komandiri (2015-2017) Mixail Kosobokov, bazanın  tərbiyə işləri üzrə müavini  erməni zabit Qriqoryan Leonid Aşotoviçdən əməlli -başlı «tərbiyə» və daha nələr aldığı ortadadır.

İVAN, İDİ DOMOY!

Bu xəbəri paylaşın: