TƏBRİK: EYVAZ MƏMMƏDOV — 56

    Həmişə müqəddəs peşəsinə layıq, yüksək iş qabiliyyətləri ilə, fərqlənən cəfakeş həkimlərmizdən biri  olan Daxili Işlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində xidmət etmiş ehtiyyatda olan tibb xidməti mayoru Məmmədov Eyvaz Mikayıl oğlunun 23 sentyabr 56 yaşı tamam olur.

        Bu gün münasibətilə AVMVİB rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Eyvaz Mikayıl oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona maraqlı həyat, mənalı ömür, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti, işlərində uğurlar  və həyat yollarinda bitib -tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Eyvaz həkim  o anda sona qədər  sadiq qalaraq  ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirir.

Yüksək insanı keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Eyvaz həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, EYVAZ HƏKİM!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

Dərin hörmətlə, Azərbaycan Veten Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: