
ELBARİZ MƏMMƏDLİ
Şair, jurnalist
Son həftələrdə İran-Azərbaycan münasibətlərində gərginliyin yaranması, bir çox suallar doğurub. Ən əsası, İran tərəfindən dinə heç bir dəxli olmayan siyasi iddiaların ortaya atılması, qonşu dövlətin bizə münasibətdə heç vaxt səmimi olmadığını göstərir.
Və fars hakimiyyəti hansı coğrafi məkanda, tarixən kimə məxsus olmuş torpaqda var olduğunun fərqinə varmır. 1813-1828 -ci illər müqavilələrindən sonra Azərbaycanın parçalanması, Türk düşmənlərinə, o cümlədən də farslara qisasçılıq üçün yeni imkanlar verib və həmin düşmənçilik siyasəti bu gün də davam etdirilir. Son günlərin hadisələri də məhz bu siyasətdən qaynaqlanır.
Ötən əsrin 80-ci illərindən başlayaraq, geniş xarakter alan ermənilərin Qarabağı Azərbaycandan ayırmaq iddiaları əsasən Rusiya , İran, Fransa , ABŞ kimi dövlətlər tərəfindən müdafiə olunub və sonda torpaqlarımızın işğal edilib 30 il düşmən əlində saxlanması ilə nəticələnib. Nəhayət, ötən ilin 27 sentyabrında başlanan Vətən savaşımımız işğaldakı torpaqlarımızın (cüzi istisnalar nəzərə alınmazsa) azad olunması ilə nəticələnib. Bu savaşda təkcə ermənilər deyil, onlara havadarlıq edən düşmən dövlətlər də acı məğlubiyyətlə üzləşiblər. Həmin 44 günlük Zəfər savaşından sonra qonşu İranın sərgilədiyi mövqe nizim düşüncələrimizi bir daha təsdiqləyir. Şiəlik niyyətləri altında gizlənmiş düşmənçilik qabarıq ortaya çıxır.
Əvvəla onu deyək ki, Azərbaycan özünün Ana Yasasında təsbit olunduğu kimi, dünyəvi dövlətdir və dini qanunlarla idarə olunmur. İkincisi, əgər qonşu İran özünü şiəliyin lider dövləti hesab edirsə, onun katolik erməniləri müdafiə etməsinin sirri nədədir. Axı, haylar qanlı cinayətləri ilə əsasən şiələri qətlə yetirir, onlara məxsus dini məbədlərdə murdar hərəkətlər icra edirdilır. Deməli… Türklər dunyanın şərəg tarixini yazmış millətdir. Sual olunur, onlar tarixdə qoyduqları izə şiə və ya sünnə adı vermişlərmi? Xeyr. İran da daxil olmaqla, bütün narahat dövlətlərin yuxusunu qaçıranbax, bu şərəfdir.Müsəlman qonşumuz necə şiə dövlətidir ki, onun indiki adla yaranma tarixi İngiltərə, Fransa, Rusiya kimi dövlətlərə bağlılıqdan keçir.
Bunu xatırlatmaqda fikrimiz odur ki, Azərbaycanda şiəliyə könüldən bağlı olan yüz minlərlə din aşiqi var. Onların dinə münasibəti İranın münasibətindən asılı olmamalıdır. Unutmaq olmaz ki, Vətəni, azadlığı, bütövlüyü olmayan millətə heç bir din uğur gətirə bilməz. Din Vətəndən öncədirmi?
Bu gün Azərbaycanın qardaş Türkiyə, Pakistan, İsrail, Ukrayna, Gürcüstan, Moldova, Orta Asiya Türk dövlətləri ilə isti münasibətləri, ortaq siyasi mövqeyi düşmən Rusiya qədər İranı da qıcıqlandırır. Amma gec və ya tez bu baş verməliydi. Qırx milyon Azərbaycan Türkünün qanını içən, düşmən ermənilərə hər addımda qucaq açan fars hökuməti bunu anlamalıdı.
Biz öz yolumuzu gedirik. Məqsədimiz güclü Millət, güclü Dövlət siyasətini ucalığa daşımaqdı. İstəsələr də, istəməsələr də bu baş verəcık.
O zaman Bütöv Azərbaycan ideyası da öz haqqına catacaqdıq. İranı özündən çıxaran da məhz budur. Din pərdəsi altında xain niyyətləri gerçəkləşdirmək.
Uzun illərdən sonra sərhədlərimizdə güc nümayişinə çıxması da bundan qaynaqlanır. Elə Zəngəzur dəhlizinin açılmasına qarşı olan düşmən münasibət də.