Türkiyədə reaktiv mühərrikli yeni hədəf PUA-sı təqdim edilib

Türkiyənin inkişaf etmiş aviasiya şirkətlərindən biri olan “Uavera” Ankarada keçirilən Üçüncü Beynəlxalq Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Zirvəsində ölkənin Silahlı Qüvvələri üçün hazırladığı, istehsal etdiyi PUA sistemlərini sərgiləyib.

Şirkət sərgidə ilk dəfə “Cəngavər” adlı reaktiv hədəf PUA-sını nümayiş etdirib.

PUA-lar Türkiyənin hazırladığı Hava Hücumundan Müdafiə (HHM) sistemlərini sınaqdan keçirmək üçün istifadə ediləcək.

Saniyədə 100 metr uçan “Cəngavər”in uçuş müddəti 45 dəqiqədir. Tam avtonom şəkildə istifadə edilə bilən PUA-nın xüsusi buraxılış qurğusu havaya qalxır və paraşütlə eniş həyata keçirir.

18 min futa qədər qalxa bilən PUA-nın maksimum qalxma çəkisi 35, faydalı yük daşıma qabiliyyəti 4 kiloqramdır. PUA-nın uçuş məsafəsi 80 kilometdir. Yüngül və sürətli sistemi ilə quraşdırılması cəmi 10 dəqiqə çəkir və yüzlərlə buraxılışda yüksək performans göstərə bilir.

Bu xəbəri paylaşın: