TƏBRİK: İLKİN RZAQULİYEV — 36

Şərəfli Tariximizdə izi və imzası olan qazi, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü İlkin Rzaquliyevin 36 yaşı tamam oldu.

44 günlük Vətən müharibəsinin ilk günündən ön cəbhədə döyüşən İlkin Rzaquliyev yaralansa belə, döyüşdən çəkilməyən zabitlərimizdəndi. Atasının keçdiyi döyüş yolunu örnək götürən döyüşçümüz üçün, nə arxada qalan övladları, nə də mənsub olduğu ailə öndə duran Vətən sevgisini əvəzləmədi. Atasından genetik olaraq aldığı qan yaddaşı onu mənfur düşməndən alınmamış bir qisasa, əsarətdə qalan torpaqların azadlığına və endirilmiş Bayrağın ucaldılması naminə döyüşlərdən döyüşlərə səslədi. Ataların yarımçıq işlərini öz oğulları tamamladı. Bu Vətən sizlərə minnətdardır.

Gün var 1-cə gün ötəndə unudulur. Gün var ki, Vətən tarixində bu ellər var olduqca yaşayır. Sizlər o əbədi Tarixi və Günü yazanlar kimi müqəddəslərsiniz. Qazilik bu gün çoxları anlamasa da, Vətən tarixinin ən şərəfli səhifələrini yazanlardır. Qazilərimiz bu torpaqlarda yaşayan hər kəs üçün yalnız sağlığında deyil, həm də bu sevimli millət Yer üzündə olduğu müddətdə onlara şərəf və ləyaqət rəmzləridir. Sizlərlə fəxr edir və qürur duyuruq!

Şəhidlik və qazilik məqamı, heç bir maddi dəyər və dünya dəyəri ilə ölçülməyəcək qədər böyükdür. Əminəm ki, qazilərimiz şərəfli, ləyaqətli duruşları, Vətən sevgiləri və qəhrəmanlıqları ilə təmsil etdikləri dəyərlərin şüuru ilə yeni nəsillərə rəhbərlik edəcəklər.

Döyüş xidmətləri «Füzulinin azad edilməsi», «Xocavəndin azad edilməsi», «Cəsur döyüşçü» medallarıyla təltif edilmiş qəhrəman qazimizi ad günü münasibətiylə ürəkdən təbrik edirik!

 Bu münasibətlə ehtiyyatda olan zabitimizi təbrik edir, uzun ömür, can sağlığı və ailə səadəti arzulayırıq. Bütün gözəlliklər və gözəl nə varsa, sənin olsun, İlkin bəy!

Bütün o gözəlliklərin tacı isə düşməndən azad etdiyiniz doğma Qarabağımızdır!


Var ol və 100 yaşa!



AVMVİB Rəhbərliyi və Fedai.az saytının kollektivi
Təbriklərə Rzaquliyevlər və Ağalarovlar ailələri də qoşulurlar…

Bu xəbəri paylaşın: