Daha bir veteranımız haqqa yürüdü

Uzun sürən xəstəlikdən sonra müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsinin üzvü Yaşar Sahib oğlu Babayev vəfat edib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.


Ramiz Ağayev bildirib ki, müharibə veteranı Yaşar Babayev 1972-ci ildə Xankəndi şəhəri Kərkicahan qəsəbəsində anadan olub. Müharibə başlayandan döyüşlərə qatılıb. BDU Tarix fakültəsini bitirən müharibə veteranımız 7 oktyabrda vəfat edib.

AVMVİB Rəhbərliyi, AVMVİB Xankəndi şəhər şöbəsi rəhbərliyi və veteranları müharibə veteranı Yaşar Babayevin vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.


Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: