Tehran indi də Rusiya və Çindən «quyruq soruşur»

Rəsmi Tehran Rusiya və Çindən asılı olmaq niyyətində deyil.

“Ölkə.Az” İSNA-ya istinadən xəbər verir ki, belə bir bəyanatla İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan çıxış edib.

Onun sözlərinə  görə, İran özünü Rusiya və Çindən asılı vəziyyətə salmaq fikrində deyil, sadəcə hər iki tərəfin maraqlarına uyğun olaraq xarici siyasət yürüdür:

“Əlbəttə ki, ölkəni (İranı) Rusiya və Çindən asılı vəziyyətə salmaq istəmirik, biz kimliyindən asılı olmayaraq xarici siyasət xəttimizi hər iki tərəfin maraqlarına uyğun olaraq həyata keçiririk. Maraqlarımızın çox yaxşı səviyyədə təmin edildiyini görürük. Əlbəttə ki, bu fikirləri alqışlayırıq”, —  deyə nazir qeyd edib.

Bu xəbəri paylaşın: