Muğanlı kəndinin sakinləri qoyun kəsib, tort bişirib, su və mineral içkilər alıb Rustavi həbsxanasına aparıblar.
Qafqaz.media xəbər verir ki, bu haqda informasiyalar sosil şəbəkələrdə yayılıb.
Kənd sakinləri bununla Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin sona qədər yanında olacaqlarının nümayiş etdiriblər.
«Kənd üzvlərimizdən hədiyyə! Mişa üçün gətirdik ki, yesin və güclü olsun! Mişanın gələcəyi Gürcüstanın gələcəyidir! Mişa üçüncü prezidentimizdir, biz onun Gürcüstanda olmasını və sonuna qədər bizim yanımızda olmasını istəyirik. Mişaya eşq olsun!», — deyə kənd sakinləri bildiriblər.

Bu xəbəri paylaşın: