Şəhidin 50 illik yubileyi qeyd olunub

Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbində, Vətən müharibəsi şəhidi Etibar Məmişovun, 50 illik yubileyi münasibətilə Ad gününə həsr olunmuş tədbir keçirilib.


Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) nümayəndələri, Ukranyanın Azərbaycandakı Fəxri Konsulluğunun nümayəndəsi, Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi, Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri iştirak etmişdir.


Tədbirdə məktəbin şagirdləri,şəhidlər haqqında müxtəlif şeirlər,onlar haqqında bir sıra məlumatlar söyləyərək, şəhidlik zirvəsinin ən uca, ən müqəddəs zirvə olduğunu daha da dərindən dərk etdiklərini,çıxışlarında göstərmişdilə. Şuşa məktəbinin 9-cu sinif şagirdi, Nəcəfova Zəhra şəhid Etibar Məmişova həsr etdiyi şeiri söyləyərək, bütün tədbir iştirakçılarını kövrəltdi.


Tədbirdə çıxış edən Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru şəhidin bacısı Həqiqət Məmişova Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq səlnaməsinin olduğunu qeyd etdi.


O, bildirdi ki, düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın bu gün qürurla danışdığımız,gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq olmur.


Həqiqət Məmişova qardaşı Etibar Məmişovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət dilədi.

Etibar Məmişov hər an ölümün gözünə dik baxaraq, “Vətən sağ olsun” deyərək döyüşlərə qatılıb və ruh yüksəkliyi ilə torpağımızı düşməndən qorumaq üçün müharibəyə addım-addım irəliləyib. Vətən Müharibəsində şərəfli döyüş yolu keçən Etibar Məmişov qəhrəmanlıq göstərərək, 1993-cü il aprel ayının 2-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə həlak olub və arzusunda olduğu şəhidlik zirvəsinə yüksəlib.


Tədbirin sonunda, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimai əlaqələr üzrə müavini İslam Səfərov çıxış edərək, AVMVİB sədri Füzuli Rzaquliyevin salamını tədbir iştirakçılarına və şəhidin ailə üzvlərinə çatdırdı. Şəhid Etibar Məmişovun keçdiyi şərəfli döyüş yolunun gənc nəslə örnək olduğunu söylədi. Bizlər şəhidlərimizi unutmamalıyıq.


İslam Səfərov Birlik adından AVMVİB-nin təsis etdiyi «Milli ordunun 100 il» Xatirə medalını şəhid E. Məmişovun bacısı Həqiqət Məmişovaya təqdim etdi.


“Rahat uyu şəhidim, qanın yerdə qalmadı, Cənnətdəki ilk yubiley yaşın mübarək olsun!»

Nigar Məmmədzadə

Bu xəbəri paylaşın: