Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
İclasa spiker Sahibə Qafarova sədrlik edir.
Spiker deyib ki, iclas mühüm ərəfədə keçirilir: “Oktyabrın 18-də dövlət müstəqilliyimizin 30 illiyi qeyd ediləcək”.
Spiker təklif edib ki, Milli Məclis dövlət müstəqilliyinin 30-cu il dönümü ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlasın.
Deputatlar spikerin təklifinə alqışla reaksiya veriblər.
Bu xəbəri paylaşın:
