Şəhidin doğum günü qeyd edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.

Beyləqan rayonu Kəbirli kəndində Şəhid Anar Zakir oğlu Tağıyevin ad günü qeyd olunub.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov məlumat verib.


Əlövsət Məmmədov bildirib ki, AVMVİB sədri F. Rzaquliyevin adından şəhid Anar Zakir oğlu Tağıyevin valideynlərinə Fəxri fərmanı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov təqdim edib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov qeyd edib ki, bundan sonra da şəhidlərimizin adlarının əbədiləşdirilməsi, ad günü mərasimlərinin keçirilməsi və onların ailələrinin ziyarət edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Xatırladaq ki, Beyləqan rayonu Kəbirli kəndində 17 şəhidimiz uyuyur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: