Əliyev MDB Dövlət Başçıları Şurasında Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara hazır olduğunu bildirdi.
“Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır” qeydi ilə bütün danışıqların Bakının şərtləti çərçivəsində ola biləcəyinin mesajını verdi.
Paşinyan çıxışında Azərbaycana qarşı ənənəvi ittihamları saxlasa da, Əliyevin şərtləri ilə razı olduğu görünür.
«Azərbaycan bölgədə kommunikasiyaların açılması nəticəsində Naxçıvanla dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək».
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin sammitində çıxışı zamanı səsləndirib. O bildirib ki, Ermənistan isə Rusiya və İrana gedən yolları alacaq.
Paşinyan əlavə edib ki, Ermənistan qalan mina sahələrinin xəritələrini Azərbaycana verməyə hazırdır və bunu humanitar aksiya hesab edir: “Bunun müqabilində isə biz istəyirik ki, Azərbaycan bütün əsirləri və məhbusları geri qaytarsın” – deyə Paşinyan vurğulayıb.
Paşinyan Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanması üçün danışıqların ATƏT -in Minsk qrupu çərçivəsində baş tuta biləcəyini diqqətə çatdırıb. O bildirib ki, Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Rusiyanın dəstəyinə ümid edir.
