Merkel sabah Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah İstanbula işgüzar səfər edəcək.  

Prezidentin Əlaqələr Şöbəsinin verdiyi açıqlamaya görə, İstanbulda keçiriləcək görüşlərdə Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr bütün ölçülərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atıla biləcək addımlar müzakirə ediləcək.  

Görüşün müzakirə gündəliyində ikitərəfli əlaqələrlə yanaşı Türkiyə-Avropa İttifaqı əlaqələri, başda Liviya, Suriya və Əfqanıstan olmaqla regional və beynəlxalq məsələlər yer alacaq.

Mənbə: Hürriyet (eastnews.org)

Bu xəbəri paylaşın: