TƏBRİK: YAŞAR NƏCƏFOV — 62

    AVMVİB rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı  ehtiyatda olan polkovnik leytenant  Yaşar Nəcəfovu 17 oktyabr doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, aılə səadati və həyat  yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin, Amin!

     O, 1967 ci ildə Füzuli rayonunun Araytlı kəndində birinci sinifə getmiş, 1977 ci ildə həmin orta məktəbi bitirdikdən sonra  1986- ci ildə- Azərbaycan Memarlıq və İnşaat  Universitetinə daxil olmuş 1992-ci ildə həmin Universiteti bitirmişdir.

Nəcəfov Yaşar Qasım oğlu 1978-1981 -ci illərdə SSRİ Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində  müdddətli həqqi hərbi xidmətdə olub .

    Yaşar Nəcəfov 1981 -1986 ci ilərdə Bakı fəhlə maşın qayırma zavodunda işləyib.O, 1984 — cü ildə SSRİ Müdafiə Nazirliyinin ehtiyatda olan zabitlər kursunu bitrdikdən sonra ona 27 dekabr 1984- cü ildə SSRİ Müdafiə Nazirliyinin müvafiq əmri ilə kiçik-leytenant hərbi rütbəsi verilib.

     Müharibə Veteranı ehtiyatda  olan polkovnik- leytenant 1992-ci ilin sentyabr və oktyabr aylarında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin Şirvan şəhərində yerləşən tədris alayında Zabitlərin ixtisas artırma kursunuda təhsil aldıqdan sonra, 1992 -ci ilın noyabr ayından 2010-cü ilin dekabr ayına kimi, Daxili Qoşunların Baş idarəsinin Hacıqabul, Qaradağ, Sabuncu,Xətai  və Nərimanov  rayonlarında  yerləşən hərbi hissələrdə, Mənzil istismar xidmətinin rəsi, Yanğından mühafizə üzrə müvəkkil, hərbi hisə komandirinin (hərbi hosital rəisinin) maddı texniki təminat xidmetleri üzrə müavini vəzifələrində xidmət edib.

     Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Ehtiyatda olan polkovnik leytenant Yaşar Nəcəfov  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin, direktivlərin, təlimatların,    əsasnamələrin və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə öhdəsinə düşən vəzifələrin yerinə

yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışmışdır.

    Yaşar Qasım oğlu  Nəcəfov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam,Ağdərə və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    O,peşəkarlığı və hümanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işguzarlığı və mənəvi keyfiyyətilə, səmimliyi və sadəliyi ilə seçilən ən məhsuldar dövrünün 21 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirirərək ,Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

    Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant  Yaşar Nəcəfov Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-doyüs keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə” döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    O,xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri «Qüsursuz xidmətlərə görə » 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrinin yaranmasinin 10 — illk və 90-  ilik yubiley medalları ilə təltif edilib

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, YAŞAR BƏY !

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Brliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: