Avropada ağacla işləyən avtomobillər

İkinci Dünya Müharibəsi dövründə, orduların nefti tükəndiyi zaman, Avropada yüz minlərlə maşın ağacla işləyirdi.


Fransız kimya mühəndisi və ixtiraçısı Georgi İmbert tərəfindən hazırlanan ağac qazından istifadə edən avtomobil generatoru qısa müddətdə Avropada və neft çatışmazlığı olan bölgələrdə daha qənaətcil hesab olunaraq geniş yayıldı (Berlin, Auto mit Holzgasantrieb).


Yalnız Almaniyada yarım milyon maşın ağac yandırmaqla işləyirdi.Bəli, bildiyimiz ağacdan istifadə olunurdu.


Yüksək temperaturda ağac qaza çevrilir və əsasən bu vasitələr indiki LPG avtomobilləri ilə eyni prinsiplərə malik idi.


Bu arada Peugoet fabriki 1940-cı ildə odunla işləyən avtomobillər istehsal etməyə başladı. Arxasında şömine olan maşınlar meydana çıxdı. 3 torba taxta ilə işlədilən 30 nəfərlik avtobusun 60 km səyahətə çıxdığı qeydə alınmışdı.


Ümumiyyətlə, 30 kiloqram ağacla o dövrün maşınları 100 km yol qət edə bilirdilər.


Başlıca problem isə odun istehsal edən cihazın maşında daşımaları idi.


Ümid edirəm ki, bəşəriyyət bir daha belə bir problem yaşamayacaq.

Ərdoğan Erkilicoğlu

Bu xəbəri paylaşın: