AVMVİB Mingəçevir şəhər şöbəsində tədbir keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsində tədbir keçirilib.


Tədbirdə AVMVİB Mingəçevir şəhər şöbəsinin üzvü olan müharibə veteranlarına üzvlük vəsiqələri, Fəxri fərmanlar və Birliyin təsis etdiyi Xatirə medalları verilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.

Birliyə yeni daxil olan üzvlərə vəsiqələr verilib. AVMVİB Mingəçevir şəhər şöbəsinin fəal üzvləri təltif edilib və AVMVİB-nin fəxri üzvü Şəmsinur Vaqif qızı Hüseynova qazilərə və şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə AVMVİB-nin təsis etdiyi Xtirə medalıyla təltif olunub.

Təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: