Suraxanı rayonunda tədbir keçirilib

YAP Suraxanı rayon təşkilatının təşəbbüsüylə Vətən müharibəsi qaziləriylə gənclərin görüşü keçirilib.


Görüşü YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov açdı və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.


Görüşdə Suraxanı rayon İdman və Gənclər idarəsinin rəisi Amil Badırov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, qazi və gənclər iştirak edirdilər.


Qazilər Vətən müharibəsi günlərindəki döyüş xatirələrindən və Şanlı Ordumuzun qəhrəmanlıq dolu əməliyyatlarından və Azərbaycan əsgərinin şücaətindən danşdılar.


Görüşün sonunda gəncləri maraqlandıran suallara cavablar verildi. Görüşdə qeyd edildi ki, belə görüşlərin mütamadi keçirilməsi çox vacibdir.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov bildirdi ki, günün ikinci yarısında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Əliyev Elvin Bəhruz oğlunun və Əsgərov Rüfət Mürvət oğlunun Şəhidlik zirvəsinə ucaldıqları gündən 1 il ötməsi anılıb.


Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı Ə Əzizov başda olmaqla şəhidlərin əziz xatirələri onların məzarı başında anıldı və məzarların üzərinə gül qoyuldu. Vətən naminə canlarını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanları ilə adlarını Şəhidlik zirvəsinə yazan qəhrəman vətən oğullarımız Elvin Əliyevə və Rüfət Əsgərova Allahdan rəhmət, onların ailələrinə səbr diləyirik.
Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində xüsusi diqqətdə saxlanılan şəhid ailələri Suraxanı rayon rəhbərliyi tərəfindən mütəmadi ziyarət olunur.


Allah şəhidlərimizə rəhmət eləsin!


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: