Şuşa və Bakı arasında sabit telefon rabitəsiylə bağlı ilk zəng

Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri və Bakı arasında sabit telefon rabitəsinin istifadəyə verilməsi ilə bağlı ilk zəng testi uğurla həyata keçirilib.


Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.


«Qürurverici hadisə ilə əlaqədar bütün xalqımızı təbrik edirik! İşğaldan azad edilmiş digər şəhər, rayon və kəndlərdə yurd-yuvasına qayıdacaq vətəndaşlarımızı yüksək keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin etmək istiqamətində işlər sürətlə davam etdiriləcək”, — deyə nazirlikdən bildirilib.

Bu xəbəri paylaşın: