Putindən ona qarşı çıxan deputatla bağlı ŞOK QƏRAR — 41 yaşlı Natalyanın DRAMI

Prezident Vladimir Putinin partiyası “Vahid Rusiya”dan olan deputat Natalya Poklonskaya müxalif çıxışlarından sonra Afrika ölkəsi Kabo-Verdeyə səfir təyin edilib.

Yaponiyada animasiya personajına çevrilən Poklonskaya ilə bağlı qərar “sürgün” adlandırılıb.

2018-ci ildə Putinin təqaüdlə bağlı irəli sürdüyü qanun layihəsinə etiraz etmiş yeganə şəxs olan 41 yaşlı Poklonskaya öz çıxışı ilə “Vahid Rusiya” daxilində böyük gərginlik yaradıb. Putinə etirazla diqqət çəkən Poklonskaya Afrika ölkəsi Kabo-Verdeyə səfir təyin olunub.

“The Times” Poklonskaya ilə bağlı qərarı “sürgün” adlandırıb. Rusiyanın Krımı ilhaq etməsindən əvvəl sözügedən bölgədə baş prokuror vəzifəsində işləyən Poklonskaya Yaponiyada animasiya personajlarına da ilham verib.

Mənbə: Teleqraf.com

Bu xəbəri paylaşın: