DİN ŞƏHİDLƏRİMİZİ UNUTMUR…

Azərbaycan Respublikası Daxili İşlər nazirliyi qazilərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı digər qurumlara da örnək sayıla bilər. Keçirilən Anım tədbirləri, şəhid ailələrinin ziyarət edilməsi və bu qəbildən olan şəxslərə xüsusi diqqət və qayğının olması dəfələrlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən təqdir edilib.

DİN əməkdaşları bölgələrdə yaşayan şəhid ailələrini də unutmur. Bu günlərdə şəhid Polad Ərəbovun məzarını və xatirə bulağını Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenat Hafiz Təmirov və Tərtər Polis şöbəsinin bir qrup əməkdaşı ziyarət ediblər.

Şəhid Polad Ərəbovun ailə üzvləri adından müharibə veteranı Şakir Ərəbov, bu ziyarətə görə, başda nazir, general polkovnik Vilayət Eyvazov olmaqla, DİN Rəhbərliyinə öz minnətdarlığını bildirib.

E. Səlim

Bu xəbəri paylaşın: