Ermənilərin Qarabağdan köçmələri Rusiya sülhməramlılarını ciddi surətdə narahat edir.
Bu barədə «Hraparak» qəzeti yazır:
«Əldə etdiyimiz məlumata görə, Rusiya hakimiyyəti və Qarabağda yerləşən rus sülhməramlıları Qarabağdan ermənilərin mühacirət etməsindən çox narahatdırlar. Ruslar mühacirətin Qarabağın demoqrafik mənzərəsini dəyişə biləcəyinə və ermənilərin yaşamadığı torpaqlarqa artıq onlara ehtiyac qalmayacağına inanırlar. Xüsusilə də, Azərbaycanlıların «çəyirtkə» kimi artmaq vərdişləri olduğundan qələcəkdə vəziyyətin təhlükəli ola biləcəyini deyirlər. Sülhməramlıların 5 illik yerləşmə müddəti başa çatdıqda və bu gedişlə Qarabağdakı ermənilərin sayının kəskin şəkildə azaldıqda, rusların gələcəkdə burada qalması məsələsi sual altında ola bilər».
Beləliklə, proseslərin inkişafı bu cür davam edərsə, rusların narahat olmaları təbiidir.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru
