Pulun varsa, pulunu ver, canın sağ olsun. Pulun yoxdursa, canını ver, Vətən sağ olsun!

Bu fotolardakı Vətən müharibəsinin 19 yaşlı şəhidi Nurlan Nuruzadənin ailəsinin yaşadığı ev, daha doğrusu üzür istəyirəm zirzəmidir.

Nurlan şəhid olandan sonra birinci anası, sonra isə atası dünyasını dəyişiblər. Hazırda şəhidin qardaşı və bacısı bu zirzəmidə yaşayır, onlara deyilib ki, şəhidin bacı və qardaşları ailə üzvü hesab olunmadığı üçün evlə təmin olunmayacaqlar.

Bir il ərzində həm valideynlərini, həm qardaşını itirən bu ailəyə deyilir ki, sizə mənzil düşmür.

Qeyd edim ki, Vətən müharibəsinin 19 yaşlı şəhidi Nurlan Nuruzadənin qardaşı Rövşən Nuruzadə müraciət edib. Sumqayıtda yaşayan şikayətçi bildirib ki, hazırda yaşadıqları zirzəmiyə şəhid qardaşının 3 yaşı olanda sığınıblar. Nurlanı cəbhəyə də elə buradan yola salıblar. Ailə yalnız Rövşən Nuruzadənin sürücü işləyərək aldığı 600 manat maaşla çətinliklə dolanır.

Leyla Həsənova

P.S. Necə deyərlər, pulun varsa, pulunu ver, canın sağ olsun. Pulun yoxdursa canını ver, Vətən sağ olsun! Bu cür əxlaqla, yanaşmayla bu Vətən sağ ola bilməz. Ayılın…

Bu xəbəri paylaşın: