Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbələri birgə silsilə tədbirlərini davam etdiriblər.
Rayon şöbələrinin rəhbərləri öncə Beyləqan rayonu II Şahsevən kəndində şəhidimiz Mənsur Elnur oğlu Teymurovun şəhadətinin ildönümü mərasimində iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov bildirib ki, AVMVİB sədri F. Rzaquliyevin adından şəhidin ailəsinə Fəxri fərmanı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov təqdim edib.
Mərasimdə AVMVİB Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov və rayon şöbəsinin üzvləri də iştirak ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
